Ermənistan parlamenti Cinayət Məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib: sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq.
Bu addımın 44 günlük müharibədən sonra ağır təhqirlərə məruz qalan Paşinyanı, Ermənistanın siyasi rəhbərliyini qorumaq məqsədi daşıdığı bəllidir.
Sual yaranır: Paşinyan niyə indi belə dəyişikliyə getdi, xüsusilə hökuməti formalaşdırmadan öncə?
Öncədən də yazdığımız kimi, Putin-Paşinyan, Putin-Əliyev görüşü Moskvada mümkün üçtərəfli görüşə hazırlıq məqsədi daşıyırdı və istisna deyil ki, yeni sərhəd müqaviləsi imzalanacaq. Sərhəddə baş verən toqquşmaların əsas səbəbi də masaya əli güclü şəkildə çıxmaq istəklərindən irəli gəlir.
Bu görüşün Ermənistanda hökumətin formalaşmasından sonra olacağı gözləniləndir. Sərhəd müqaviləsi Qarabağ məsələsində də Bakının istəyini əldə etməsi baxımından əhəmiyyətli rol oynayacaq.
Paşinyan anlayır ki, müqaviləyə imza atmaq Ermənistan daxilində ona qarşı yeni etiraz, yeni təhqir dalğasının başlanmasına səbəb olacaq. Bu baxımdan, hökuməti formalaşdırmadan öncə Qarabağ müharibəsində üzləşdiyi hücumların qarşısını almaq, təhqir dalğasının önünü kəsmək üçün Cinayət Məcəlləsinə dəyişiklik etdi.



Putin Paşinyanı Moskvada qəbul edəcək
Paşinyan yeni müharibəyə səbəb olacaq addım atır - SENSASİYA
SON DƏQİQƏ: Paşinyan açıqladı- Sülh müqaviləsi imzalamağa hazırıq
Putin-Paşinyan görüşü başladı
Putinlə Paşinyan Moskvada görüşdü
Sərhədə rus ordusu yerləşməlidir - Paşinyan
Əliyev, Putin və Paşinyan görüşə bilər
Paşinyan Bakıya yeni təklif göndərib- NƏ BAŞ VERİR?
Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 