İranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
ONN media xəbər verir ki, görüş zamanı Rəisi Tehranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Paşinyan isə İranla əlaqələrin inkişafının Ermənistan üçün birinci dərəcəli olduğunu deyib.
Paşinyan İranın Şimal-Cənub avtomobil yolunun tikintisinə marağını alqışlayaraq, Ermənistan hökumətinin İran şirkətlərinin Qarakilsə-Meğri hissəsinin tikintisi üzrə tenderdə iştirakını müzakirə etməyə hazır olduğunu vurğulayıb. Tərəflər enerji sahəsində əməkdaşlığa da toxunublar. Xüsusilə, İran-Ermənistan elektrik verilişi xəttinin tikintisindəki irəliləyiş, qaz-elektrik mübadiləsi proqramının uzadılması və genişləndirilməsi məsələləri müzakirə edilib.
Rəisi bölgədə sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyinə diqqət çəkib və İranın bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri hesab etdiyini deyib.
Görüş çərçivəsində mədəniyyət, elm, təhsil, ən son texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq imkanlarını da müzakirə edilib. Görüşün sonunda Paşinyan Raisini Ermənistana dəvət edib, İran lideri dəvəti qəbul edib.



Paşinyan indi də Rəisiyə zəng etdi
Rəisi Paşinyanla sərhədi müzakirə etdi
Paşinyan və Rəisi arasında memarandum imzalanacaq
Paşinyan Rəisi ilə danışdı
Zərif Paşinyan barəsində nələr danışdı?
Paşinyanla Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
İran rəsmisi Azərbaycanla əlaqələrdən danışdı
Paşinyan müxalifət liderinə ZƏNG ETDİ
Paşinyan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Paşinyan parlamentdəki müxalifət partiyasının liderini qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 