Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaToğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak edib.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir.
Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Dövlət başçısı tunelin təməlini qoyub.



Murovdağ tuneli ilə bağlı YENİ XƏBƏR
Ermənistan Kəlbəcər cinayətlərinə görə cavab verəcək
Kəlbəcərə gedən yolun genişmiqyaslı tikintisinə başlandı
Murovdağ tuneli belə partladıldı - Video
İlham Əliyev Hadrut yolunun açılışını etdi
Prezident Kəlbəcər və Laçında görülən işlərlər tanış olub
Xanlıq-Qubadlı yolunun təməli qoyuldu
Prezident birinci xanımla Kəlbəcər və Laçına getdi
Horadiz-Ağbənd yolunun tikintisi davam edir
Kəlbəcər və Laçın yolu nə vaxt tamamlanacaq?
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Murov dağının altından Kəlbəcərə TUNEL ÇƏKİLİR - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 