Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib.
ONN media "APA"ya istinadən xəbər verir ki, İsgəndəriyyə kitabxanasının təsisçi fəxri direktoru, NGBM-in həmsədri İsmayıl Sarıgeldinin moderatorluğu ilə keçirilən sammitdə ilk öncə NGBM-in digər həmsədri, Latviyanın sabiq prezidenti Vayra-Vike Frayberqa çıxış edib.
Yazılmış sözlərin yeni dünya yaratdığını vurğulayan Vayra-Vike Frayberqa bildirib ki, kitab çapının kəşfi sayəsində kitablar daha əlçatan olub. Rumıniya baş nazirinin müavini Ana Birçall təhsilin üstünlük deyil, vəzifə olduğunu qeyd edib. Xorvatiyanın keçmiş prezidenti İvo Yasupoviç elektron kitabların müasir insanların həyatındakı rolundan söz açıb, kitabxanalarda CD-lərin, elektron kitabların da olmasını vacib sayıb. Makedoniya prezidenti George İvanov ideya və fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövründə kitabların yandırılması faktlarına toxunan G.Ivanov bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yanmır. Kitabların rəqəmsallaşdırılmasının mənfi və müsbət tərəflərindən danışan prezident dövlətin fərdi azadlıqla ictimai təhlükəsizlik arasında balansı qorumalı olduğunu nəzərə çatdırıb.
Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (İFLA) keçmiş prezidenti İngrid Parent kitabxanaların rolundan danışıb. O kitabın insanların daha dünyəvi, daha humanist olmasına kömək etdiyini söyləyib.
Rumıniyanın sabiq prezidenti Emil Contantinesku deyib ki, kitab sadəcə, lüğəti inkişaf etdirmək üçün deyil, həm də insanlara düşünməyi öyrədir.
Sammit panellərlə davam etdirilib.



Moldova prezidenti: “Azərbaycanda keçirilən qlobal dialoqlar beynəlxalq gərginliklərin azaldılmasına töhfə verir”
Prezident VI Qlobal Bakı Forumunda
Bakıda 10-dan çox ölkənin prezidenti də olmaqla nəhəng tədbir başlayır
VI Qlobal Bakı Forumu işini davam etdirir
X Qlobal Forum nə vaxt keçiriləcək?
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul etdi
Sabiq prezident: “BMT yenidən formalaşdırılmalıdır”
Prezident bu şəxsi təltif etdi
Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətə başladı
X Qlobal Bakı Forumu başa çatıb
İlham Əliyevin iştirakı ilə müzakirə keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 