Xankəndidə separatçı-terrorçular qondarma “müstəqillik” gününü qəbiristanlıqda keçirdi: Ermənistan rəhbərliyindən heç kim “mərasimə” qatılmadı, o cümlədən, keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan gəlmədi.
Separatçıların qondarma “parlament sədri” Artur Tovmasyan Ermənistanın baş nazirinə, prezidentinə, parlament sədrinə, o cümlədən, keçmiş prezidentlərin hamısına dəvət göndərdiklərini deyir.
Azərbayan sərhədləri daxilində separatçıların “müstəqillik” adına istənilən addımı qəbuledilməzdir, lakin hazırda müdaxilə üçün şəraitin yetişmədiyi görünür və ermənilərin dediklərindən aydın olur ki, Bakı hələ ki bir sıra məsələlərə veto qoya bilir.
Birincisi: “Mərasimin” daha təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilməyib.
Separatçılar bunu müharibədən sonra yas saxlamaları ilə əlaqələndirirlər, hərçənd, erməni mənbələr yürüş üçün sülhməramlılarla danışıqlar aparıldığını, lakin istəklərinə nail ola bilmədiklərini yazır.
İkincisi: separatçı-terrorçular qondarma “müstəqilliklə” bağlı tədbirlərini 25 gün – sentyabrın 27-nə qədər davam etdirəcəklər. Jurnalistlər Tovmasyandan hansı tədbirlərin keçiriləcəyini soruşsalar da, o, bu barədə danışmaq istəmədiyini deyib. Erməni mənbələr əslində heç bir tədbirin keçirilməyəcəyini yazır, çünki Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb.
Üçüncüsü: Ermənistan rəhbərliyi Xankəndinə gələ bilmir. Paşinyan müharibədən sonra həm qarşılaşacağı etirazlara, həm də bunun “yeni müharibə” təhlükəsi yaradacağına görə bölgəyə gəlmir. Lakin yeni xarici işlər naziri Ararat Mirzoyanın sələflərindən fərqli olaraq, ilk səfərini Xankəndinə etməməsini erməni mediası Bakının qadağası kimi şərh edir. Keçmiş xarici işlər naziri Ara Ayvazyanın müharibədən sonra Xankəndinə səfəri rəsmi Bakı tərəfindən sərt reaksiyaya səbəb olmuşdu.
Bu gün Xankəndidə yaşananlar, Tovmasyanın dedikləri göstərir ki, separatçı-terrorçular dəfn edildiklərini özləri də anlayır.(publika.az)



Xankəndidə “müstəqillik günü” təxribatı: İrəvandan KİMLƏR GƏLİR?
Xankəndidə yolka davası: Burada gələcək yoxdur
Amarasdakı əski parçası götürüldü
Bu dəfə hakerlərimiz HƏRƏKƏTƏ KEÇDİ: Xankəndidə separatçılara ZƏRBƏ
SON DƏQİQƏ: Arutyunyan saxlanıldı
Erməni "liderlər" Qarabağa getməkdən imtina etdi
Paşinyan 90 nəfərlik maskalı qrupunu Xankəndiyə göndərdi
Xankəndidən qaçanlar Bakıya qarşı nə planlaşdırır? - Bu gün təxribat olacaq
Koçaryandan ŞOK SÖZLƏR: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”
Separatçılar qərar çıxarır: Xankəndidə ermənilər evləri təhvil verəcək
Separatçılar gizlədir, real vəziyyət isə budur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 