Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb. Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir amma arxada danışan cinayətkardır.
ONN media xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib.
O bildirib ki, bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir: "İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm. Aşağıda yazılanlara əməl edin və qorunun".
Texnobloger əlavə edib ki, gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin: "Bu bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin".



Bank kartı sahiblərinin NƏZƏRİNƏ
Azərbaycan məktəblərində “Son zəng” çalındı
"WhatsApp"dan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK
Türk Hava Yollarının Bakı ofisində biyabırçılıq
Yol polisindən "Son zəng"lə bağlı xəbərdarlıq
Sosial şəbəkədən daha bir yenilik
Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR
Naməlum zəng: Zelenskiyə sui-qəsd ediləcək
Eks sevgilisinə 18 min dəfə zəng edən şəxs HƏBS OLUNDU: Qeyri-adi HADİSƏ
Azərbaycanda virtual “Son zəng” çalındı - VİDEO
Bu il son zəng keçiriləcək?- Nazir qərar verdi
Bu il "Son zəng"in keçirilmə qaydası açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 