Bu il “Bakı Metropoliteni”ndə 15 sentyabr Bakının işğaldan azad olunmasının 103-cü ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə ənənəvi tədbirlər qeyd olunmayacaq. Bunun səbəbi pandemiyadır. Məhdudiyyətlər var və kütləvi toplaşmanın qarşısını maksimum şəkildə almalıyıq deyə, bu cür tədbirlərdən bacardığımız qədər qaçırıq.
Bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Metropoliten sözçüsü bildirib ki, hər hansı tədbir olarsa, bununla bağlı ictimaiyyətə məlumat veriləcək:
“Pandemiyadan əvvəlki dönəmlərdə “Bakı Metropoliteni”nin stansiyalarında Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilərdən ibarət canlı kompozisiyalar təqdim olunurdu. Bu illə bağlı hər hansı qərar verilməyib. Bildiyimiz kimi, bu il tədris mövsümü də fərqli başlayacaq. 2020-ci ildə bu kimi tədbirləri ümumiyyətlə gerçəkləşdirmədik. Çünki pandemiyanın ağır dövrləri idi. İndiki dövrdə isə bütün məsələləri dəfələrlə süzgəcdən keçiririk. Ən vacib məsələ sərnişinlərimizin metodiki göstərişlərin tələblərinə uyğun hərəkət etməsidir. Bizim də həmin göstərişlərə uyğun qaydaları təşkil etmək öhdəliyimiz var. Biz indi sərnişinlərin təhlükəsizliyinə və rahatlığına daha çox üstünlük veririk, nəinki digər məsələlər. Pandemiya başa çatandan sonra həmin layihələr tamam başqa formada reallaşdırılacaq. Daha şövqlə hazırlanıb təqdim olunacaq. Böyük planlarımız var. Hamısı planlaşdırılıb. Hələlik pandemiyanın tələblərinə xüsusi diqqət yetiririk”.
Bəxtiyar Məmmədovun sözlərinə görə, Qərbi Azərbaycandakı yer adlarımızın, toponimlərimizin tarixi adları, eləcə də Qarabağ, Şərqi Zəngəzur və xüsusən zəfər tariximizin hər bir səhifəsi ilə bağlı metropolitendə müxtəlif layihələr planlaşdırılır:
“Həyata keçirilir və bundan sonra da keçiriləcək, bu, birmənalıdır. Bütün bu layihələrin hər birinin özünəməxsus xüsusiyyətləri var. Sadəcə olaraq, pandemiya ilə əlaqədar prinsipiallıq var, zamanı gələndə bu layihələrin hər biri həyata keçiriləcək. Hazırda metropolitendə dediyimiz məsələlərlə bağlı xüsusi təbliğat və təşviqat kampaniyamız təşkil olunub. Yəni bu istiqamətdə fəal işlərimiz gedir. Amma sərnişinlərlə bağlı məsələlərə xüsusi yanaşılır. Cənab Prezidentin müxtəlif müraciətləri, Qarabağdakı quruculuq və yenidənqurma işləri ilə bağlı xüsusi layihələr var. Bunlar sərgi və sərnişinlərlə ünsiyyət formatındadır. Bunların reallaşması üçün əlimizdəki bütün təbliğat və təşviqat imkanlarından istifadə olunacaq”.



Bakı metrosu avqustun 5-də açılır? - Açıqlama
Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...
Bakı metrosu fəaliyyətini yenidən dayandırır?
Metropolitendən qatardakı davaya - MÜNASİBƏT
Metro fəaliyyətini bərpa etməyə tam hazırdır - RƏSMİ
Bakı metrosunda gediş haqqı artırılır? – RƏSMİ CAVAB
3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?
Bakı metrosunun açılacağı tarix bilindi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 