Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.
2004-2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub və müasir tibbi avadanlıqla təchiz edilib.
Sərəncamda qeyd olunur ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Səhiyyə Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



Ölkə başçısından MÜHÜM SƏRƏNCAM - 1,8 milyon manat ayrıldı
Qobustana 15,52 milyon manat ayrıldı
Prezident xəstəxana tikintisinə 14,6 milyon ayırdı
İlham Əliyev sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Prezident 2 milyon ayırdı - SƏRƏNCAM
Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb
Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirildi
İlham Əliyev Cəbrayılla bağlı mühüm sərəncam imzaldı
Prezidentdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM
İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı
Prezident 2 nömrəli Doğum Evi ilə bağlı SƏRƏNCAM İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 