Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Üzeyir Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.
Cari il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri iyulun 20-dək müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.
Avqustun 15-dək münsiflər heyəti audio yazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor, doktor Nərgiz Əliyarova həyata keçirib.
Hər il dahi bəstəkarın doğum günündə keçirilən 18 sentyabr - Milli Musiqi Günündə müsabiqənin qaliblərinin adları açıqlanacaq. I, II və III yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.
Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər.
Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.



Bakı Musiqi Akademiyasının yubileyi keçiriləcək
Zərifə Əlizadə vəfat etdi
18 sentyabr Milli Musiqi Günüdür
Prezident BU TƏLƏBƏLƏRLƏ bağlı sərəncam imzaladı
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək
Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Mehriban Əliyevadan Musiqi Günü ilə bağlı paylaşım
Şuşada Milli Musiqi Günü keçirildi
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anıldı
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 