Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov məhkəməyə müraciət edib: "Möhtərəm hakim, mən istəyirəm məhkəmə tez başa çatsın, mən də cəzamı alım".
Hakim isə cavabında deyib: "Eldar müəllim, hələ bilmirik siz cəza alacaqsınız ya yox".
Daha sonra prosesdə Buxarestdəki parkın təmir bərpası ilə bağlı ifadə verən Eldar Həsənov deyib ki, həmin parkın təmiri səfirlik tərəfindən həyata keçirilməyib: "Parkın təmirini aparan şirkəti şəhər meriyası seçib. Tikinti bərpaya nəzarəti də XİN-in komissiyası aparıb. Təmir tikintiyə şəhər meriyası baxırdı. Ən əsası odur ki, abadlaşdırma aparan şirkətin təhvil-təslim aktı yox, meriyanın parkı təhvil götürməsi aktı yox, amma müstəntiq burda yeyinti faktı aşkarlayıb. Hansı əsasla?".
Eldar Həsənov bildirib ki, səhhəti imkan vermədiyi üçün ikinci epizod üzrə ifadə verə bilmir.
Proses sentyabrın 24-də davam etdiriləcək.



Eldar Həsənovun məhkəməsi təxirə salındı (YENİLƏNDİ)
Eldar Həsənovun vəsatəti təmin edilmədi
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Bu gün Eldar Həsənovun məhkəməsidir
Məhkəmə Eldar Həsənovla bağlı tələbi yerinə yetirdi
Eldar Həsənovun məhkəməsi başladı - SON DƏQİQƏ
Eldar Həsənovdan YENİ XƏBƏR var
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 