İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.
ONN media xəbər verir ki, tədbirdə Azərbaycanın 200 kvadratmetlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil edir.
Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 2 “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları da sərgilənir.
“MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.
Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.
Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Festivalda ilk dəfə olaraq Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı “Türk müdafiə sənayesi keçmişdən gələcəyə” başlıqlı zaman tuneli də ziyarətçilərə təqdim edilir. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk müdafiə sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.



Azərbaycan PUA-sı təqdim olunacaq
Azərbaycan “Teknofest”də 11 startapla təmsil olunur
Zakir Həsənov yeni PUA-nı izlədi
Teknofest Azərbaycanda qaliblər mükafatlandırıldı
Azərbaycan PUA-ları Türkiyədə
Ərdoğan HƏDƏFLƏRİ AÇIQLADI: Azərbaycana...
"Kızılelma" nəyə qadirdir?
Bayraqdar hərbçilərimizi təltif etdi
Prezident bu naziri işdən çıxardı və... - SƏRƏNCAM
Azərbaycanın müdafiə nazirinin müavinləri Türkiyəyə gediblər
Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlığa başlayır
Zakir Həsənov bu hərbi pilotları mükafatlandırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 