Məlumat verildiyi kimi, bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar dərhal nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.
Belə ki, helikopterin cəlb olunması ilə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyyə edilməsi zərurəti yaranıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.
Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb. Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.



ŞAD XƏBƏR: Bu şəxslərə Kompensasiya ödənəcək
Bu əraziləri su basdı, sakinlər təxliyə edildi
FHN Bakıda yağış suyu ilə dolan ərazilər təmizlədi - VİDEO
Qəbələdəki yanğına 2-ci helikopter cəlb olundu
Hava ilə bağlı əhaliyə çağırış
FHN əhaliyə müraciət etdi
Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI
Köməksiz vəziyyətdə qalanlar təhlükəsiz əraziyə çıxarıldı - FHN
FHN-dən daşqınlarla bağlı daha bir müraciət
Quba və Şabran meşələrində güclü yanğın başlayıb
Alpinistlərin axtarışları ilə bağlı FHN məlumat yaydı
Gəncədə axtarış-xilasetmə işləri yekunlaşdı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 