Təhsil müəssisələrində tədrisin tam bərpa olunması ilə əlaqədar Bakı metropoliteni səhər saatlarında qatarların hərəkət qrafikində intervalı 2 dəqiqəyə endirib.
ONN media xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, səhər saatlarından etibarən "Həzi Aslanov" - "28 May" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:
"Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Bu gündən etibarən təhsil müəssisələrində tədrisin tam bərpa edilməsi də sərnişin sayında dəyişiklik olacağı proqnozu verir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansı sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq".



Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
Metroda növbəti problem- Nə baş verir?
Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB
Səhər saatlarında Bakı metrosunda HƏYƏCANLI ANLAR
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ
Bu istiqamətdə qatarların hərəkət qrafiki dəyişdi
Metroda qatarların hərəkət qrafiki dəyişdirildi
DİQQƏT- Bu metro stansiyası təmirə bağlanır
Bakı metrosu BU TARİXDƏN açılacaq
“28 May”da qadın özünü qatarın altına atdı - Yenilənib
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 