Bu gün Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb.
Sənədi hər iki ölkənin baş nazirləri - Əli Əsədov və İrakli Qaribaşvili imzalayıblar.
Toplantı çərçivəsində, həmçinin Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında anlaşma haqqında memorandumlar da imzalanıb.
Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, “Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.



Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
Qaribaşvili bu gün Azərbaycana gəlir
Azərbaycanla Türkiyə arasında bu sənədlər imzalandı - SİYAHI
Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Ərdoğan Azərbaycanla bağlı protokolu təsdiqləyib
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır
Azərbaycan və Türkiyə arasında yeni sənəd imzalandı
Anar Kərimov Gürcüstana səfər edəcək
Azərbaycan Çində ticarət evi açacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 