Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.
ONN media xəbər verir ki, bu barədə "Report"a onun qohumu Razim Qarayev məlumat verib.
Qeyd edək ki, S. Əlizadə bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsini davam etdirmək üçün Mərkəzi Gömrük Hospitalına köçürülüb və EKMO cihazına qoşulub.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.



Səyyad Əlizadə dəfn edildi
Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı
Səyyad Əlizadə ilə bağlı BƏD XƏBƏR
Səyyad Əlizadədən YENİ XƏBƏR VAR
Səyyad Əlizadədən pis xəbər - VƏZİYYƏTİ AĞIRDIR
Oğlundan Səyyad Əlizadə ilə bağlı paylaşım - FOTO
Səyyad Əlizadənin həyat yoldaşından XƏBƏR VAR
Səyyad Əlizadənin SON VƏZİYYƏTİ
SON DƏQİQƏ: Ayaz Mütəllibov vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 