Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB (Teleradio) tərəfindən Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub.
eyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin bərpası istiqamətində də işlərə başlanılıb. Cari ilin sonunadək stansiyanın istismara veriləcəyi gözlənilir. Sözügedən stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisində radio-televiziya yayımı təmin olunacaqdır.
Buna paralel olaraq, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmiş Qubadlı stansiyasının infrastrukturunun yenidən qurulması və Zəngilan rayonu ərazisində yerləşən mövcud Mincivan stansiyasında müvafiq rekonstruksiya işləri görülməklə bu rayonların ərazilərində radio-televiziya yayımlarının bərpası üzrə müvafiq işlər aparılır.
Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq, 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.
Sonda xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq azad olunmuş ərazilərdə digər istiqamətlərdə də işlər davam etdirilir.



Zəngilanda televiziya və radio yayımı təmin olundu
Qubadlıda televiziya və radio yayımı təmin olunub
Teleradio yayımının bərpası üçün Hadrut və Şuşada iş aparılır
Azad edilmiş ərazilərdə teleradio yayımına başlanılır
CBC radiosu Qarabağda yayıma başladı
Şuşa Radio Qovşağı yenilənir
Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməli atıldı
Azərbaycanda yeni radio açılacaq
Şuşa Radio-Televiziya Yayım Stansiyası tikiləcək - SƏRƏNCAM
Lider TV müflis elan edildi
Azərbaycanda bu televiziya kanalının yerüstü yayımı dayandırıldı
Lider TV müflis elan edilə bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 