Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilib.
Yeni tələblər “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb.
Qanun layihəsinin 11-ci maddəsində qeyd olunur ki, təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır.
Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
11.2.1. qida məhsulları indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə birbaşa və ya dolayı yolla zərərli olduqda;
11.2.2. qida məhsulları aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki radioloji, toksikoloji, fiziki, kimyəvi və mikrobioloji maddələrin və onların birləşmələrinin qalıq səviyyəsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda müəyyən edilən səviyyədən artıq olması səbəbindən insan istehlakı üçün yararsız olduqda;
11.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda
11.3. Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab edilir:
11.3.1. heyvan sağlamlığına mənfi təsir göstərdikdə;
11.3.2. qida istehsal edən heyvanın məhsulunu insan istehlakı üçün yararsız etdikdə.
11.4. Qida və yem məhsullarının təhlükəliliyi müəyyən edilərkən, həmin məhsulların təyinatı üzrə qidalanma üçün istifadəyə yararsız olması, kif bağlaması, xarab olması, yad cisimlə çirklənməsi, çürüyərək çirklənməsi, habelə digər çirklənmə səbəbləri əsas götürülməlidir.
11.5. Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və qiymətləndirmə aparmaqla həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada, yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.
11.6. Qida və yem məhsullarına, o cümlədən heyvan və bitki mənşəli, habelə qarışıq tərkibli qida və yem məhsullarına, onların ilkin istehsalına, emalına və dövriyyəsinə dair gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur. (trend)



Əli Əsədov qərar imzaladı
Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur
Əli Əsədov qərar imzaladı
Azərbaycanda yeni institut yaradılacaq
Yararsız qida məhsulları məhv edildi
Əli Əsədov qərar imzaladı
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edildi
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi
Daha 40 sahibkarlıq subyekti qeydiyyata alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 