Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze bəyanatla mətbuatda çıxış ediblər.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub.
Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.
Gürcüstanın Müdafiə naziri cənab C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.
Türkiyənin Milli Müdafiə naziri cənab H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.



Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
MN rəsmi məlumat yaydı
Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirləri Gürcüstanda görüşəcək
Zakir Həsənov gürcü həmkarı ilə görüşdü - SƏNƏD İMZALANDI
Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşdü -
Zakir Həsənov və Hulusi Akar görüşü başladı
Bu gün üç ölkənin Müdafiə nazirləri Qəbələdə görüşəcəklər
Zakir Həsənov Hulusi Akarla görüşdü
Türkiyə, Gürcüstan və Azərbaycan birgə saziş imzaladı
Zakir Həsənov Gürcüstana getdi
Zakir Həsənov Türkiyəyə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 