Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.
ONN media xəbər verir ki, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
Tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.
İllik müqayisədə say baxımından 3 məktəb azalıb. Belə ki, ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub.
Son iki ilin göstəricilərinə nəzər salanda məlum olur ki, bu dövrdə qonşu ölkədə 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.
2020-2021-ci tədris ilində azərbaycandilli ictimai məktəblərdə 25 312 şagird təhsil alıb ki, bu da illik müqayisədə 356 nəfər çoxdur. Ən çox şagird (1 272 nəfər) Saqareco bələdiyyəsinin Yormuğanlı kənd məktəbində təhsil alıb. Ən az şagirdi olan məktəblər isə Tetritskaro bələdiyyəsinin Samqereti və Marneuli rayonunun Ağqula kəndlərindədir. Bu təhsil ocaqlarının hər birində 3 şagird olub.



Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
Bakıda məktəb direktoru işdən ÇIXARILDI
14 şagirddə koronavirus aşkarlandı
Bu gün neçə tələbə dərsə başlayıb?
Bakıda daha bir məktəb BAĞLANDI
Azərbaycanda orta məktəb yandı: 21 şagird...
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?
Bakıda 19 məktəb direktoru işdən çıxarılıb
Bu gündən yeni dərs ili başlayır
Daha iki məktəb distant təhsilə keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 