Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.
ONN media xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.
Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb "Aİ-95" markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.
İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, "Aİ-98" (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb. ("Trend")



Azərbaycanda bir sıra avtobillər UCUZLAŞIB
Azərbaycanda bu maşınlar ucuzlaşıb
SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ SƏBƏBLƏR
Azərbaycanda benzinin qiyməti bahalaşdı
Avtomobil bazarında son durum - Qiymətlər...
Maşın almaq istəyənlər MÜTLƏQ OXUYUN
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Maşın almaq istəyənlərə şad xəbər
Bakıda avtomobillər bahalaşdı
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 