Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Sonra HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək.
Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.
HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra Müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.



Hərbi Dəniz Qüvvələrinin təlimi keçiriləcək
Zakir Həsənov Laçında hərbi təlimi izlədi, tapşırıqlar verdi
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Zakir Həsənov Hərbi Dəniz Qüvvələrində - Video
Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi
Azərbaycan ordusunda təlim başladı - FOTO
Zakir Həsənov hərbi hospitalda
Zakir Həsənov ön xətt bölmələrində olub
Zakir Həsənov hərbi hospitalda - VİDEO
Zakir Həsənov bir neçə hərbi obyektin açılışında - VİDEO
Zakir Həsənov hospitalda
Zakir Həsənov yaralı hərbiçilərimizlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 