İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.
ONN media xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.
Qeyd edilib ki, Suriya qoşunlarının tərəfində vuruşan şiə dəstələrinin əsgərləri itki verib. Dörd nəfər ölüb, yaralıların olduğu deyilir. Lakin onların sayı barədə məlumat verilmir.
Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.
Agentliyin məlumatına görə, hava zərbəsi zamanı yerdəki obyektlərə maddi ziyan vurulub, xüsusən də relay qülləsi zədələnib.
Xatırladaq ki, oktyabrın 8-də İsrail Hərbi Hava Qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.



İsrail Dəməşqi vurdu
İsrailin İrana hücumunun Rusiyaya təsiri
İsrail İrana qarşı hərbi əməliyyata başladı
SON DƏQİQƏ: Türk hərbi bazasına hücum oldu, şəhid və yaralılar var
İsrail ordusu yenidən raketlə Dəməşqi vurdu
Rusiya təyyarələri SMO qərargahına zərbələr endirdi
İsrail İran hədəflərini havadan və dənizdən vurdu – VİDEO
İsrail Əsədin bazasına zərbə endirdi
İraqda hərbi bazaya HÜCUM EDİLDİ
İsrail Suriyaya zərbə endirdi: ölənlər var
SON DƏQİQƏ: İsrail İran qüvvələrini BOMBALADI
İsrail iranyönlü birləşmələrə zərbələr endirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 