Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
ONN media xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır. Bir sözlə, Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva gimnastların məşqlərinə baxdılar və xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsinə çevrilməsinə, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılmasına, yeni-yeni idman obyektlərinin tikilib istifadəyə verilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmanın bütün növlərinin inkişaf etdirilməsinə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə 2014-cü ildə Bakıda istifadəyə verilən Milli Gimnastika Arenası idmanın bu növünün inkişafına geniş imkanlar açıb, gənc nəslin gimnastikaya olan həvəsinin artırılması işində mühüm rol oynayıb.
Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Gimnastika Federasiyasının əldə etdiyi böyük uğurlar Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarının sayı artıb.



Prezident yeni məşq binasına baxdı
İlham Əliyev və xanımı Şəkiyə səfər edib
Prezident və xanımı Tərtərə gedib
Bakı sakinləri eyvanlarından Prezidenti və Birinci xanımı salamladılar
Prezident Quba Olimpiya İdman Kompleksində
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Prezident və xanımı Fərid Qayıbovu təbrik etdi
Prezident Rayon Partiya Komitəsinin binasında - FOTO
Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi
İlham Əliyev və xanımı Atatürk parkında
Prezident və xanımı Zəngilanda çinar ağacları əkdi
Prezident Suqovuşanda bir sıra açılışlar etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 