"Əziz qardaşım, Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana bir günlük səfərimizi uğurla başa vurduq. Qardaş Azərbaycanı onuncu dəfə iyun ayında ziyarət etmişdim. Qardaşım İlham Əliyevlə Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda bir araya gəldik".
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırar zaman deyib.
"Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən az azərbaycanlı qardaşlarımız qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq.
Səfər çərçivəsində qardaşım Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdik. Bu aeropart 8 aylıq rekord zamanda tikilib. Beləliklə, əsas hava nəqliyyatı marşrutunun açılışını həyata keçirdik. Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə imkan yaradacaq. Azərbaycanın regiondakı inkişaf istiqamətində atdığı addımları dəstəkləyirik. Çox qısa müddətdə başa çatdırılan mühüm nəqliyyat mərkəzinin fəaliyyət göstərməsində əməyi olan hər kəsi təbrik edirəm", - Ərdoğan əlavə edib.



“Füzuli aeroportunun açılışında iştirak edəcəyəm" - Ərdoğan
Ərdoğan: Şuşadan dünyaya verəcəyimiz mesajlar...
İlham Əliyevlə Ərdoğan telefonla danışdı
Ərdoğan bu gün Azərbaycana səfərə gəlir
Ərdoğan İlham Əliyevə hədiyyələr verdi
Ərdoğan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından danışdı
Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi
Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək
Ərdoğan Azərbaycana gəlir
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 