Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edib. O, Rövşən Əkbərovun günahsız olduğunu deyib. Bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur, ona bəraət verilməlidir. Vəkil həmçinin zərərçəkmiş tərəfin verdiyi mülki iddianın rədd edilməsini istəyib.
Daha sonra Rövşən Əkbərov son söz deyib. Bildirib ki, onun bu qətl hadisəsi ilə əlaqəsi olmayıb. Deyib ki, 2001-ci il iyunun 1-də kafedə olmayıb: "Mən həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün səfirlikdən mənə xəbər veriblər, hadisə barədə deyiblər. Mən Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevin cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət verilməsini istəyirəm".
Daha sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə yollanıblar, yaxın saatlarda hökm elan olunacaq.
Qeyd edək ki, prokuror Eldar Həmzəyev Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçmısi olub. Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib. İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib. Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib. Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib. Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.



Rövşən Əkbərovun məhkəməsi baş tutmadı - BU SƏBƏBDƏN
Qətlə yetirilən şəxsin həyat yoldaşı: "Rövşən Əkbərova ömürlük cəza verilsin"
General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib
Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 