Gəncə şəhərində evdə dəhşətli yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə bu gecə saat 04:18-də baş verib.
FHN-in "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.
Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
İlkin ehtimallara görə, ev elektrik naqillərində yaranan qısaqapanma səbəbindən alışıb.
Evi isitmək üçün elektrik sobasından istifadə edildiyi və naqillərdə qısaqapanma yarandığı ehtimal olunur. B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları əşyalarla birgə tamamilə yanıb.



Azərbaycanda DƏHŞƏT: 2 yaşlı uşaq yanaraq öldü
Bakıda ev yandı- 11yaşlı qız öldü
Sabunçuda dəhşətli yanğın: ölən var
Gəncədə 3 otaqlı evdə yanğın oldu
Ağsuda 2 otaqlı evdə YANĞIN
Bakıda YANĞIN
Quba və Neftçalada fərdi ev YANDI
Kəpəzdə üç otaqlı ev yanıb
Abşeronda DƏHŞƏTLİ HADİSƏ: evində yanaraq öldü
Salyanda ev yandı, sahibi ÖLDÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 