Cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən noyabrın 1-dən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.
ONN media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə AÖS vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir. Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə yerləşdirilib.
Qeyd edək ki, hazırda 20 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 yanvar 2022-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınıb.
AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android və IOS) istifadə etməklə 24/7 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.



Aylıq krediti Kapital Bank tərəfindən ödənilən müştərilərin sayı 40 oldu
“Kapital Bank” müştərilərin kreditini ödəyəcək?
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
"Unibank"ın mobil tətbiqi üzrə keçirilən lotereyanın qalibləri bəlli oldu
Nazirlikdən lotereya oyunları təşkil edənlərə xəbərdarlıq
Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Bakıda ani lotereyalarda böyük uduşlar qazanıldı - MƏBLƏĞLƏR
Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr
Azərbaycanda hər kəsi maraqlandıran mühüm yenilik gəlir: BUNDAN SONRA.... - RƏSMİ
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 