Özünü Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edən şəxslər şirkətə yaxınlaşaraq onlardan Zəfər günündə orduya dəstək adıyla pul tələb edib. Şirkət əməkdaşları pul verməyəcəklərini bildirəndə isə əvvəlcə hədə-qorxu gəlib, daha sonra hadisə yerindən qaçıb.
ONN media bildirir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial mediada paylaşım edib. Onun sözlərinə görə, hadisə özünün çalışdığı şirkətdə baş verib:
"Bu gün səhər saatlarında özünü QHT rəhbəri adlandıran bir şəxs, yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla çalışdığım şirkətə yaxınlaşdı. Kobud şəkildə, hətta şantaj edərək qarşıdan gələn Zəfər günü ilə bağlı orduya dəstək üçün pul verməyimizi tələb etdilər. Əvvəlcə, bu şəxslərdən ad, soyad və işlədikləri QHT barədə məlumat verməklərini tələb etdim. Lakin onlar bu məlumatı verməkdən imtina etdi. Onlar yüksək səs tonu və əmr ilə danışırdılar. Bu hərəkətlərinə irad bildirdikdə isə onlar "sən öyrədilmiş adamsan” "başınıza oyun açacam” deyərək səslərini daha da qaldırıb, hədə-qorxu gəlirdilər. Onları polisə şikayət edəcəyimi dedikdə isə tez-tələsik şirkətdən çıxdılar və nömrəsiz maşınlarına əyləşərək qaçdılar. Sözügedən şəxslər hərbi geyimdə idilər. Birinci növbədə, bu adamların fırıldaqçı olduğu aydındır, getdiyi şirkətləri gah hədələyir, gah da fəxri fərman verəcəkləri ilə şirnikləndirmək istəyir.
Digər məsələ odur ki, nömrəsiz maşın işlətmək qanunsuzdur və cəmiyyət üçün təhlükə yaradır. Aidiyyatı qurumların bu məsələyə diqqət etməklərini xahiş edirəm. Çünki şəhid, qazi adı istifadə edərək yalandan pul yığanların sayı artıb. Dəstək üçün " YAŞAT ” Fondu var. Pul tələb etmək üçün gəldikləri bu şirkət də istər müharibə, istərsə də post-müharibə dövründə qazi, şəhid ailələrinə dəstək olur, işlə təmin edir, fonda mütəmadi olaraq müəyyən məbləğdə ianələr edir", - deyə Elyar İsmayıloğlu bildirdi.
Elyar İsmayıloğlu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının onunla əlaqə saxladığını və məsələni araşdıracaqlarını bildirdi.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, hadisə araşdırılır və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, dövlət qeydiyyat nişanı olmadan avtomobil sürmək qanunsuzdur. Həmin automobil hərəkət edərkən saxlanıla, müəvqqəti mühafizə dayaacağına yerləşdirilə və müvafiq tədbirlər görülə bilər.
"Sözügedən məsələdə şəhidin qardaşı bununla bağlı şikayət etsin. Həmin şikayət araşdırılsın və cəza tədbirləri görülsün. Ola bilər ki, o maşının nömrəsi var, sadəcə törədəcəyi əməllərlə bağlı gizliliyini qorumaq istəyir və sadəcə müvəqqəti olaraq nömrəni çıxarıb. Bu kimi hallardan asılı olaraq cərimə dəyişə bilər”, - deyə DYPİ sözçüsü bildirdi.
İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir. İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub.




Orduya dəstək adı ilə şirkətlərdən pul tələb edənlər ƏLƏ KEÇDİ
Şəhid qardaşına "şəhid ailəsi" statusu verildi
Bakıda qadını fotoları ilə şantaj etdilər
Həkimi şantaj edən baş redaktor həbs edildi
Gəlin toyundan 3 gün sonra "qardaşı" ilə qaçdı - ŞOK OLAY
3000 şəhiddən sonra hədəfdə mediadır?
ŞOK OLAY: 60 yaşlı dostunu qadınlarla şantaj etdi
Ağsuda sahibkarlardan pul tələb edənlər ifşa edildilər -VİDEO
Sosial şəbəkədə şantaj edən şəxs ələ keçdi
Ruhi Əliyevanı şantaj edən şəxslər HƏBS EDİLDİ
Azyaşlılara qarşı ŞOK CİNAYƏT
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 