Hərbçilərin sığorta ödənişlərində dəyişiklik ediləcək. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna əlavələrin edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, hərbi qulluqçuların sığortasının təmin olunması gücləndiriləcək.
ONN media xəbər verir ki, artıq bununla bağlı məsələ müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir "Xəzər Xəbər"ə bildirdi ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunda dəyişikliklər ediləcək. Onun sözlərinə görə, layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.
Millət vəkili qeyd edib ki, dəyişikliyə əsasən, sığortaolunan həqiqi hərbi xidmətdə olduğu zaman az ağır xəsarət zamanı sığorta pulunun 15 faizi miqdarında sığorta ödənişi alacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında müzakirə olunub. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.(musavat.com)



Prezidentdən şəhid ailələri ilə bağlı FƏRMAN
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclası başladı
Bu hərbçilərin övladlarına MÜAVİNƏT ÖDƏNİLƏCƏK
Azərbaycanda bu uşaqlara PUL VERİLƏCK
Deputatlar bu gün toplaşırlar
Deputatlar bu məsələləri müzakirə edəcək
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək? - AÇIQLAMA
Bu gün deputatlar hansı məsələləri müzakirə edəcək? - GÜNDƏLİK
Hərbçilərin iş saatı ilə bağlı YENİ QAYDA müəyyən edilir
Milli Məclis bu gün toplanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 