Azərbaycan Ordusunun Şuşanın işğaldan azad edilməsi əməliyyatının bir ilinin tamam olması ilə əlaqədar Ermənistan Baş naziri Nikol Paşinyanın bu mövzuda müsahibəsi yenidən gündəmə gəlib.
ONN media xəbər verir ki, Şuşanın azad edilməsindən bir həftə sonra mediaya müsahibəsində Nikol Paşinyan bunları demişdi:
“Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik, ikisi də uğursuz oldu. Məsələn, Şuşanın itirildiyini biləndə mənə hələ də orada 50 nəfər döyüşçünün olduğunu dedilər. Mən bu məlumatı verən şəxslə əlaqə qurulmasını istədim və öyrəndim ki, həmin şəxs Şuşada deyil, Xankəndidədir.
Mübarizənin artıq mənasız olduğu tam üzə çıxdı”.
N.Paşinyanın sözlərinə görə, Ermənistan ordusu sona qədər Şuşanı saxlamağa çalışıb, sadəcə bacarmayıb:
“Şuşa alınandan sonra döyüşdəki geriləmələrin qarşısıalınmaz olduğunu anladıq”.
Qeyd edək ki, bir neçə ay öncə N.Paşinyan parlament çıxışında “Siz deyirsiniz ki, həmişə əhalisinin 90%-dən çoxu azərbaycanlılardan ibarət olan Şuşa erməni şəhəridir?” sualı ilə İrəvanda gündəm yaratmışdı. Bu, Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu ermənilərin də çox yaxşı bildiyinin ən yüksək səviyyədə etirafı idi.(axar.az)



Paşinyandan ACI ETİRAF
Paşinyanın ATASI ÖLDÜ
Paşinyanın nüfuzu darmadağın olur- GƏRGİNLİK
Paşinyan Şuşa ilə bağlı ünvanlanan suala BELƏ CAVAB VERDİ
Paşinyan böyük milli fəlakətdir - Akopyan
Paşinyandan əhaliyə ŞOK ÇAĞIRIŞ - Hər kəs SİLAHLANSIN
Sərkisyan rədd etdi, Paşinyan II təqdimat yazdı
Nikol Paşinyan Putinə yenə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 