“Ermənistan sərhədlərin demarkasiyası prosesinin başlanmasına razılıq verib. Demarkasiyanın hazırlanması prosesi isə sıfır nöqtədən başlayacaq”.
Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Erməni deputat Ermənistanın bu prosesin başlanmasında iştiraka razılıq verdiyini açıqlasa da, Moskvadan alınan təkliflərlə bağlı təfərrüatları açıqlamayıb.
Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan digər deputat Eduard Ağacanyan isə bəyan edib ki, Ermənistan müvafiq komissiyanın formalaşdırılmasına və birbaşa işə başlamağa hazırdır.
“Lakin yalnız müəyyən texniki məsələlərlə bağlı müəyyən razılıq əldə edildikdən sonra başlana bilər. Ermənistan əvvəllər Moskvanın səsləndirdiyi təkliflərin qəbul edilməsi ilə bağlı Rusiya Federasiyasına yazılı bildiriş göndərib. Məzmun haqqında danışmaq hələ tezdir. Söhbət yalnız hazırlıq işlərinin başlamasından gedir” - deyə Ağacanyan izah edib.
Hakim partiyadan olan deputat Artur Ovanesyan isə deyib ki, Ermənistan çox gərgin proseslə üzləşir və hər bir fürsətin müzakirəsi vacibdir.
Onun sözlərinə görə, demək olar ki, bütün danışıqlar gizli şəkildə aparılır.
“Əslində, danışıqlar açıq deyil, demək olar ki, həmişə məxfi xarakter daşıyır”, - Ovanesyan bildirib.
Danışıqların gizli aparılmasının səbəbini açıqlayan Andranik Köçəryan qeyd edib ki, bu işdə məxfilik son dərəcə zəruridir, çünki bu, həm də sərhəddə qüvvələrin sıralanmasına aiddir.
“Bu, çox diqqətlə edilməlidir ki, yeni toqquşmalara səbəb ola biləcək yeni gərginlik ocaqları olmasın”, – Köçəryan qeyd edib.



Ermənistan hər yerdə silah axtarır- Nəyə hazırlaşır?
Erməni deputat sülh sazişi ilə bağlı nələri danışdı?
Gəlib bığlarını kəsərəm - General Köçəryanı hədələdi
SON DƏQİQƏ: Əliyev və Paşinyan görüşü planlaşdırılır
İlham Əliyev İqor Xovayevi qəbul etdi - YENİLƏNDİ
Köçəryanın niyyəti ürəyində qaldı - Məhkəmə icazə vermədi
Ermənistan parlamentində Qarabağ dinləmələri keçiriləcək
Paşinyan istefa verməyə hazırlaşır?
İlham Əliyev: "Sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazırıq”
Köçəryan yeni partiya yaratmağa hazırlaşır?
Ermənistanda daha bir məmur işdən qovuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 