Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla məsələləri (dəhliz, sərhəd, sülh sazişi) həll etməmiş nədən Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət edib?
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın İrəvanın Ankara ilə münasibətlərinin normallaşdırlmasında Moskvadan vasitəçilik xahiş etməsi barədə açıqlamasına toxunaraq bildirib ki, bunun arxasında hiyləgər gediş var:
“Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb. Ankara isə Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüklərini tanımağı tələb edib. Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmi et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq.
İrəvan isə bunun əksinə, “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyunpozucu olduğunu göstərməyə çalışır”.
Politoloqun fikrincə, İrəvan Moskvanın Ankaraya “ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlamağı” məsləhət görəcəyini düşünür:
“Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir”.



Çavuşoğlu: Bakısız heç bir qərar verməyəcəyik
Çavuşoğlunun bəyanatını alqışlayırıq - Ermənistan XİN
Mirzoyan və Çavuşoğlu arasında nə müzakirə olundu?
Türkiyə və Ermənistan arasında İLK: Ankara İrəvanı buna məcbur edir
Ermənistandan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Nikol yenə sayıqladı: Ankara ilə...
Paşinyan Türkiyə və Qarabağla bağlı MÖVQEYİNİ AÇIQLADI
Hakan Fidan Mirzoyanla görüşdü
Ərdoğan Paşinyan razılığa gəldi
Ərdoğan və Paşinyan sabah görüşür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 