Səmada planetlərin mini paradı başlayıb.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, ötən gündən başlayaraq Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar.
Qeyd olunub ki, planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür: "Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir. Üç planetdən ən parlağı Veneradır. Görünən ulduz ölçüsü -4.7 olan planet gecə səmasının ən parlaq obyektidir. Hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı ( -1.61/-2.94) Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn ( -0.24/+1.47) planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə gürünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır".
Qeyd edək ki, mini planetlər paradını - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini il ərzində bir neçə dəfə müşahidə etmək mümkün olur. Bu il ilk mini planetlər paradı may aında baş vermişdi, hazırkı parad isə dekabrın ortalarınadək davam edəcək.



Sabah tarixi hadisə yaşanacaq: Bir daha görməyəcəyik - Video
Bu tarixdə nadir hadisə baş verəcək: planetlərin paradı başlayır
Bu gün planetlər mini parad edəcək - ALİM XƏBƏRDARLIĞI
Yupiter Yerə maksimum yaxınlaşdı
Hər kəsin gözü ORA DİKİLƏCƏK: Sabah bu saatda...
İlin son günəş tutulması baş verdi
Sabah Yer kürəsinin sakinlərinin gözü səmada olacaq - ÖZƏL GÜN
Bu tarixlərdə Ay tutulmaları olacaq
Gələn il Günəş və Ay tutulmalarının sayı və tarixi AÇIQLANDI
Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib
Bu gecə gözlər yuxarə
DİQQƏT BU TARİXƏ: Nadir hadisə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 