Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.
ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.
"Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır" - deyə qurum rəsmisi bildirib.
O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir.
"Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı vintili bağlamış ola bilər. Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək, hava çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur", - qurum rəsmisi əlavə edib.



Bəzi binalar niyə istiliklə təmin edilməyib? - RƏSMİ
Bəzi binalara istilik niyə verilməyib? - SƏBƏB
Bakıda bu ərazilərə niyə istilik verilmir?
Binalara istilik vaxtından tez verilə bilər - Açıqlama
Xətaidə mərkəzi istiliyin verilməsi dayandırıldı – AÇIQLAMA
Bakıda 217 saylı uşaq bağçasına istilik verilməsi dayandırılıb - SƏBƏB?
Bakı şəhərində istilik mövsümünə start verildi
Binalarda yaşayanlara şad xəbər:SABAHDAN İSTİLİK VERİLƏCƏK
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
İçməli suyun verilməsində nə çətinliklər yaranıb? - RƏSMİ AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 