Bölgəmizdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və müasir İpək yolunun canlandırılması üçün səylərimiz sürətlə davam edir.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında deyib.
“Xəzər dənizindən keçən Şərq-Qərb dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu xətti səylərimizin ən konkret təzahürüdür. Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır”, - Ərdoğan bildirib.