Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır.
ONN media xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
"Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.
Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir", - Ərdoğan qeyd edib.



Ərdoğan Xəzər qazının Avropa üçün əhəmiyyətindən danışdı
Bu layihə 3 dost ölkəni bir-birinə bağladı – Ərdoğan
Preziden TANAP-ın yeni hissəsinin açılışında
Bu layihə iki qardaş ölkənin iradəsidir- Prezident
TANAP-ın açılış mərasimi keçirilib - VİDEO
İlham Əliyev və Ərdoğan birgə bəyanatlarla çıxış etdilər
İlham Əliyev: Bu layihə daha böyük anlaşmaya yol açacaq
Ərdoğan tarixi səsvermədən danışdı
Prezident:"Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq"
Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 