Bu gün Tiflis şəhər məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsən ilk dəfə iştirak etdiyi məhkəmə prosesi başlayıb.
ONN media xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.
Son səkkiz il ərzində, Saakaşvili Gürcüstanda olmayanda hökumət ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı ittihamlar irəli sürüb. Nəticədə qiyabi məhkəmələrdə Saakaşvili təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Saakaşviliyə qarşı daha iki cinayət işi başlanıb.
Bugünkü məhkəmə prosesi 7 noyabr 2007-ci il işi ilə bağlıdır. Mixail Saakaşvili və onun nazirlər kabinetinin üzvləri David Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, habelə kütləvi qırğına çevrilmiş xüsusi əməliyyat keçirməkdə ittiham olunurlar.
İşə üç hakimdən ibarət kollegiya baxır.
İclas Gürcüstanın İctimai Televiziyası istisna olmaqla, bütün KİV-lər üçün qapalı keçirilir.



Ali Məhkəmə Saakaşvili ilə bağlı qərarı nə oldu?
Mixail Saakaşvilinin sabah məhkəməsi keçiriləcək
Saakaşvilinin növbəti məhkəməsi bu tarixdə olacaq
Saakaşvili məhkəməyə aparıldı
Saakaşvilinin atasını infarkt vurdu
Saakaşvili Gürcüstana yük gəmisi ilə gəlib?
Məhkəmə Saakaşvili ilə bağlı QƏRAR VERDİ
Saakaşvili azad oluna bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 