Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.
Qurumdan verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.
Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu”yun mütəxəssisləri mənbələrə baxış keçirib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsini qərara alıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr qiuraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.
“Azərsu” Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib.



Şükürbəyli-Cəbrayıl-Hadrut yolu asfaltlanır
Kəlbəcərə su verildi
Suqovuşan və Talışın içməli su təchizatı bərpa edilir
Kiçik Kirs-Şuşa su kəməri dəyişdirilir
Şuşanın su problemi həll edildi
Kəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq
Hövsanda yaşayanlara ŞAD XƏBƏR
15 təsərrüfatın Laçına köçünə başlanıldı
15 təsərrüfat Laçına köçürüldü
İş adamları Kəlbəcər və Laçına səfər edəcək
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 