Dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon Prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Goranboyda faciə: Həmkəndlisini qayçı ilə öldürdü
Cəlilabadda qandonduran qətl hadisəsi olub
Bakıda qadın öldürüldü - DƏHŞƏTLİ CİNAYƏT
Abşeronda dəhşətli qətl: Ata oğlunu öldürdü
Azərbaycanda dəhşətli hadisə- Fəhlə fəhləni öldürdü
Azərbaycanda 22 yaşlı qadını əri öldürdü
"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub
Füzulidə qətl: İş yoldaşı 30 yaşlı kişini öldürdü
Azərbaycanda Qadın CİNAYƏTİ: Ər keçmiş arvadını küçədə öldürdü
Bakıda QANLI CİNAYƏT - Başına daşla vurub öldürdülər
Bakıda ər arvadını öldürdü
Bakıda daha bir QƏTL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 