İstifadə etdiyiniz qidalar dərinizi və üzünüzü dəyişə bilər.
ONN media xəbər verir ki, üz dərisində qara nöqtələr və sızanaqlar meydana gəlirsə, çəkiniz normal olmasına baxmayaraq, üzünüz həddindən artıq şişirsə, bu, yanlış qidalanmadan qaynaqlana bilər. Bəs üz dərisinə mənfi istiqamətdə təsir edən qidalar hansılardır?
Süd
Mineral baxımından son dərəcə zəngin olan süd əsl kalsium qaynağıdır. 1 litr südün tərkibində olan kalsium 10 kq ət, 5.2 kq çörək, 12,6 kq kartof, 17 kq alma, 3,2 kq kahı, ya da 2,4 kq kökdə olan kalsiuma bərabərdir. Odur ki, sümük əriməsinin qarşısını almaq üçün süd mütləqdir.
Süddə olan proteinlər, antioksidantlar və A vitaminləri üz dərisinə nəmləndirici təsir edərək qurumasını və qırışmasını gecikdirir, eyni zamanda nəm tarazlığını qoruyur. Lakin südün içərisində yer alan laktoza çox istehlak edildikdə dəridə qara nöqtə və sızanaqlar yaranmağa başlayır. Bəzi hallarda isə şişkinliyə və yorğun üz ifadəsinə səbəb olur.
Qluten ehtiva edən qidalar
Çox miqdarda qluten yeyən insanlarda sızanaq, qara nöqtə və ləkələr əmələ gəlir. Başqa sözlə desək, qluten üz formanızı dəyişə bilər.
Bu maddə zülal növüdür və buğda, arpa və çovdar, xüsusilə ağ buğda kimi qidalarda mövcuddur. Metabolizmə zərər verən bu zülal növü həzmi çətinləşdirir və qəbizlik, şişkinlik problemlərini əmələ gətirir.
Şəkər
Şəkərin zərərli olduğunu artıq hamımız bilirik. Lazım olduğundan qat-qat çox şirniyyat yeyən insanların üz dərisi daha tez qırışır, alında dərin qırışlar, gözlərin altında torbalar əmələ gəlir, dəri solğunlaşır, eyni zamanda sızanaq problemləri özünü göstərməyə başlayır. Əgər gözəl dəriyə və üz cizgilərinə malik olmaq istəyiriksə, ilk olaraq şəkərin miqdarını aza endirməli və bu məsələyə biganə yanaşmamağı öyrənməliyik.



Uşaqlarınıza bu yeməkləri verməyin - Xəbərdarlıq
İltihablı sızanaqların səbəbi nədir?
Dərini gözəlləşdirən qidalar
Dərini cavanlaşdıran və gözəlləşdirən qidalar
Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Bu qidaları çox yeməyin – Sızanaq yaradır
Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Qidaların rənginə görə faydaları – SİYAHI
Oruc zamanı əti hansı qidalar əvəz edə bilər? - Mütəxəssis AÇIQLADI
Arıqlayarkən mütləq bunlara diqqət edin
İmtahandan öncə zehni POZAN QİDALAR NƏLƏRDİR?
Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 