Azərbaycanda məktəblərdən birində şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klip çəkilib.
ONN media xəbər verir ki, ilahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin müəllim rolunda qatıldığı klipdə şagirdlər 12 imama mahnı oxuyurlar.
Aşağı sinif şagirdləri hərəsi bir imamın adını sadalayır, onların adı yazılan kağızları göstərirlər. Videoda ifaçının öz azyaşlı oğlu Seyyid Hüseyn də var.
Klip sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Təhsil müəssisəsində, şagirdlərin elm öyrənməli olduqları halda dini musiqi səsləndirilməsi, azyaşlıların dini təbliğat üçün istifadə olunması qınanılıb. Valideynlər Azərbaycan dünyəvi dövlət olduğunu və şagirdlərin təhsil müəssisəsində dini klipə çəkilməsi, dini təbliğata alət olmasının yolverilməz olduğunu qeyd ediblər Təhsil Nazirliyinin rəsmi səhifəsinə şikayətlər ünvanlayıblar.
Daha sonra sözügedən video Seyid Peyman Boradigahinin səhifəsindən silinib.
Təhsil Nazirliyinin mətbuat xidmətini rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. C.Valehov sualımıza cavab olaraq bildirdi ki, məsələ ilə bağlı araşdırılma aparılır. "Təhsil müəssisələrində çəkiliş aparmaq üçün nazirliyin icazəsi olmalıdırmı?" sualımıza cavab olaraq C.Valehov qeyd etdi ki, mətbuata bu barədə ətraflı məlumat veriləcək.(alp.az)



Şuşanın təhsil statistikası AÇIQLANDI
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yaydı
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Nazirlikdən aksiyaya reaksiya: Direktora NƏ OLACAQ?
DİQQƏT: Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılır
Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ
Dini Komitə “Qaloş piri”ndə araşdırma apardı
Bu tarixdə şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Şagirdlərin qəzaya düşməsinə nazirdən münasibət
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Şagirdlərin yerdəyişməsi ilə bağlı xəbər var
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 