Bu gün səhər metronun "28 May" stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin müəllimi imiş.
ONN media xəbər verir ki, vəfat edən şəxs Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayev olub. O, 1978-ci ildən BDU-da çalışırdı.
Allah rəhmət eləsin!

*****
Bakıda metroda ölüm hadisəsi baş verib.
Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, hadisə səhər saat 08:10-da metronun "28 May" stansiyasında baş verib.
"Sərnişin qatarda özünü pis hiss edib. "28 May" stansiyasında o, qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxs yaşlı kişidir", - deyə B.Məmmədov bildirib.