İndoneziyada Bali Demokratiya Forumunun “İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Sessiyada onlayn formatda iştirak edən M.Məmməd-Quliyev çıxışında Azərbaycanın COVİD-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri vurğulayıb, ölkəmizin “vaksin millətçiliyinə” qarşı çıxdığını qeyd edib. Bu xüsusda o, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində təklifi əsasında 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyi, eləcə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü “Bütün ölkələrin vaksinlərə bərabər və universal əlçatanlığının təmin edilməsi” barədə qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında konsensusla, BMT Baş Assambleyasının 3-cü komitəsində isə dövlətlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənərək qəbul edildiyini xatırlatmışdır. Nazir müavininin çıxışında, həmçinin ölkə daxilində pandemiya dövründə əhalinin sosial və iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər öz əksini tapıb.
Nazir müavini M.Məmməd-Quliyev 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulduğunu, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb. Davamlı sülhün və inkişafın Azərbaycanın gələcəyə baxışının əsasını təşkil etdiyini bildirən nazir müavini, üçtərəfli bəyanatların tam həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxışı zamanı nazir müavini, əsrlər boyunca müxtəlif etnik və dini qrupların birgə, dinc yaşadığı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə önəm və töhfə verməsindən bəhs edib. Bu xüsusda ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb.
Forumda bir çox dünya və region dövlətlərinin ictimai və siyasi xadimləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış etmişlər.
Məlumat üçün bildirmək istərdik ki, Bali Demokratiya Forumu İndoneziya hökumətinin təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilir və Asiya-Sakit okean və daha geniş regionda demokratiyanın müsbət təcrübələrin mübadiləsi yolu ilə təşviqinə xidmət etməkdədir.



BMT Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
Azərbaycan BMT Baş Assambleyasına yeni qətnamə təqdim edəcək
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
MM sədri Avropa Konfransında çıxış etdi
Əli Əsədov ÜST rəhbəri ilə görüşdü
XİN Qoşulmama Hərəkatı ilə bağlı məlumat yaydı
Rusiya Azərbaycanın təşəbbüsünü DƏSTƏKLƏDİ
Bayramov Harmancı ilə görüşdü
İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək
Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək
Azərbaycanın irəli sürdüyü 5 qətnamə qəbul edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 