Bu gün Moskvada Cənubi Qafqaz üzrə daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
ONN media xəbər verir ki, toplantı Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakıyla baş tutacaq. Gürcüstan bu toplantıya qatılmaqdan imtina edib.
"3+3" sülh platforması ideyasını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə ötən il Qarabağ müharibəsindən sonra gündəmə gətiriblər. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın İrəvanla əlaqələri normallaşdıra biləcəyini deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə bugünkü tədbirdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.
Ermənistanla Türkiyə 2009-cu ildə əlaqələrin bərpası və birgə sərhədin açılması üzrə saziş imzalasa da, sənəd ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb.
Ankara bildirib ki, Ermənistan müsbət addımlar atarsa, buna qarşılıq verəcək və İrəvanı sülh platformasına qoşulmağa dəvət edib.
Müharibə bitəndən sonra Rusiya və Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzi yaradıblar.
Gürcüstanın Xarici işlər naziri David Zalkaliani oktyabrın 7-də bildirib ki, ölkə böyük geosiyasi layihələrdə “hansısa formada” təmsil olunacaq, “şübhəsiz ki, dövlət maraqları, yaxud işğalçıya hansısa güzəştlər hesabına deyil”. Zalkaliani daha öncə demişdi ki, ölkə ərazisinin 20%-ni işğal etmiş Rusiya ilə birgə hansısa formatdan söhbət gedə bilməz.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Gürcüstanın “3+3” formatına qoşulacağına ümidvar olduğunu deyib. /Modern.az/



Ərdoğan Cənubi Qafqazdan DANIŞDI: "Bu, işimizi asanlaşdıracaq"
Əliyevin təklifini dəstəklədik: qısa zamanda... - Zaxarova
Lavrov yeni mühüm iclasın anonsunu verdi
Rəisi və Çavuşoğlu Azərbaycanla münasibətlərdən danışdı
Tiflis “3+3” platformasından RƏSMƏN İMTİNA ETDİ
Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək
Ərdoğan İlham Əliyevə zəng etdi
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb
"Ermənistanla münasibətlər məsələsində Azərbaycanla məsləhətləşmələr aparırıq"
İlham Əliyev Ərdoğanla danışdı
Türkiyə TŞ toplandı: Ermənistan müzakirə olundu
Ərdoğan: Azərbaycan, Ermənistan və Gürcüstan...
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 