Salyanda gənc qızın intihar intihar etməsinin təfərrüatı məlum olub.
Rayonunun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin salyan rayon şöbəsinə yerləşdirilib.
Məlumata görə, zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.
Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.
Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olmasını indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.B çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".
Faktla bağlı araşdırma aparılır.



Azərbaycanda 21 yaşlı qızın faciəsi: özünü...
Kürdəmirdə DƏHŞƏT: qonşusunun həyətində intihar etdi
Azərbaycanda 34 yaşlı müəllim intihar etdi
Müəllimənin meyiti tapıldı - Sumqayıtda
Neftçala sakini evinin həyətində ÖZÜNÜ ASDI
Azərbaycanda yeni ailə quran 22 yaşlı qadından DƏHŞƏTLİ ƏMƏL
Kürdəmirdə 56 yaşlı kişi intihar edib
25 yaşlı oğlan özünü asdı - Göyçayda
Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atdı
Azərbaycanda vəzifəli şəxs özünü asdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 