Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.
ONN media xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.
Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.



İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
İlham Əliyev Şarl Mişellə görüşdü
İlham Əliyev Şarl Mişellə görüşdü
İlham Əliyev və Şarl Mişel görüşdü
Brüsseldə üçtərəfli görüş başladı
Şarl Mişel İlham Əliyevə zəng etdi
Şarl Mişel İlham Əliyevə zəng etdi- Nə müzakirə olundu?
İlham Əliyev və Şarl Mişel görüşüb
Şarl Mişel İlham Əliyevə ZƏNG ETDİ
Şarl Mişellə Nikol Paşinyan Brüsseldə görüşdülər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 