Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında Fransa tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə Kremiln mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə Makrona məlumat verib. O, regionda atəşkəs rejiminə əməl olunması, qaçqınların geri qaytarılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Danışıqlar zamanı Aİ Şurası rəhbəri Şarlı Mişelin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 14-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə edilib.
Həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) vasitəsilə prosesin sürətləndirilməsinin məqsədəuyğunluğu qeyd olunub.



Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?
Putin və Makron Qarabağı müzakirə etdi - SON DƏQİQƏ
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
İlham Əliyev və Putin arasında nə müzakirə olundu?
Makron Putinlə danışıqlar aparacaq
Makron üç ay sonra Putinə zəng etdi- SƏBƏB NƏDİR?
Putinlə Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
Putinlə Mişel arasında kritik QARABAĞ MÜZAKİRƏSİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 