Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
ONN media xəbər verir ki, daha sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.
Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.



Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi
Muxtar Babayev yeni vəzifəyə təyin olundu
Emin Əmrullayevə yeni vəzifə verildi
Mikayıl Cabbarov yeni vəzifəyə seçildi
Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu
Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir - YENİLƏNİB
Elman Rüstəmov bu vəzifəsindən azad edildi
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib
İcra başçısı vəzifəsindan uzqlaşdırıldı
Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 