Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova tutduğu vəzifədən azad olunub.
ONN media xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Məlumatı nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev "Report"un sorğusuna cavab olaraq təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.
Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı - red.) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurğusuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra Cəlalət Kazımova rəhbərlik edib.
Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV-cü İslam Həmrəyliyi Oyunları təşkil olunub.



Bakı İdman Sarayına yeni direktor təyin olunub
Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ
Bu vəzifəli şəxs də işdən çıxarıldı
Aygün Kazımova bulvarda belə görüntüləndi - VİDEO
Azərbaycandan Türkiyəyə daha bir jest
Bakıda məktəb direktoru işdən çıxarıldı - SƏBƏB?
Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalının açılış mərasimi baş tutub
Bu gün AFFA-ya yeni prezident seçiləcək
Vəzifəli şəxs vəzifəsindən azad olundu
ABŞ-da xəstə yatan nazirin vəzifəsini kim icra edir?
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 