Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
ONN media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Ata Abdullayev verilmiş ittihamla özünü təqsirli bilmədiyini bildirərək heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini deyib: “Zərərçəkmiş kimi tanınan şəxslərdən pul tələb etməyimi sübut edən heç bir fakt yoxdur. Bircə Ziya Məmmədovdur, o da bura gəlmir. Görünür, gəlib yalan danışmaq istəmir. Mən heç kimi hədələməmişəm”.
A.Abdullayevin ifadəsindən sonra iclasda sənədlərin tədqiqi mərhələsi başlayıb.
Sənədlərin tədqiqi zamanı məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 321 (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) maddələri ilə təqsirli bilinib. Online qaydada kartlardan pul oğurlamağa görə isə Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevə məhkəmə 7 il şərti cəza verib.
Bundan başqa, sənədlər arasında Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisinin istintaq dövründə DTX-ya göndərdiyi xasiyyətnamə də var. Sənəddə qeyd olunub ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəsi olan şəxsdir və qonşular şifahi şəkildə ondan şikayət edirlər.
İş materiallarında Ata Abdullayevin qonşularının da ayrıca ərizəsi var və o da məhkəmədə elan edilib. Orada qonşuların Ata Abdullayevin cinayət törətməsinə inanmadıqları bildirilib.
Təqsirləndirlilən şəxsin vəkili Mənzil Kommunal İstismar Sahəsinin rəisinin verdiyi xasiyyətnamə qərəzli hesab etdiyini bildirib.
Daha sonra çıxış üçün dövlət ittihamçısına söz verilib.
Prokuror çıxışında təqsirləndirilən şəxsə verilən ittihamın məhkəmə istintaqı zamanı ortaya qoyulmuş dəlil və sübutlarla, həmçinin şahid ifadələri ilə təsdiq edildiyini əsas tutaraq Abdullayev Ata Eldar oğlunun Cinayət Məcəlləsinin hədə-qorxu ilə pul tələb etmə (CM- 182.2.2, 182.2.4) maddələri təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmədə zərərçəkmiş Elmar Əliyevin nümayəndəsi telefona görə 2400 manatlıq maddi ziyan həmçinin 10 min manat da mənəvi ziyanın ödənilməsi haqda mülki iddialarının təmin olunmasını istəyib. Onun eyni zamanda, qanuna uyğun şəkildə cəzalandırılmasını istəyib.
Ata Abdullayevin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Proses dekabrın 28-də vəkilin çıxışıyla davam etdiriləcək.



Ata Abdullayevə hökm oxundu
Keçmiş deputat 9 il həbs oluna bilər?
2 nəfərin mobil telefonunu aldı və...
Ruhi Əliyevanı şantaj edən şəxslər HƏBS EDİLDİ
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Metroda sevgilisini bıçaqladı və...
Vəzifəli şəxsi erotik görüntüləri ilə şantaj edən jurnalist kassasiya şikayəti verib
Qardaşı arvadını bıçaqladı - Səbəbi isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 